Bu dünyanın nə özündə, nə varında gözüm var,
Bu dünyanın həm özünə, həm varına sözüm var.
Hər əziyyət, zəhmət ilə vurur başa ömrünü,
Bu dünyada yaşayanda, yaradanda dözüm var.
Başdan-başa müşküllərlə, nadanlarla doludur,
Bu dünyada nə etibar, nə sədaqət, çözüm var.
Şükür olsun Allahıma, izim qalmış dünyada,
Şeirlərim, kitablarım, nəvəm, oğlum, qızım var.
Solmaz, şox da xiffət etmə bu dünyada, rahat ol,
Nə yaxşı ki, sadiq olan dostlarımız bizim var.